“Neftçi” – “Qarabağ” matçını Elçin Məsiyev idarə edəcək

2 dekabr 2022, 16:00

Premyer Liqada 16-cı turun bütün təyinatları açıqlanıb. “Neftçi” – “Qarabağ” oyununun baş hakimi Elçin Məsiyev olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rauf Allahverdiyev yerinə yetirəcək. Hakim-inspektor Ömər Paşayev, AFFA nümayəndəsi Elçin Məmmədov, VAR hakimi Əliyar Ağayev, VAR hakiminin köməkçisi Nicat İsmayıllı olacaq.

Qeyd edək ki, “Neftçi” – “Qarabağ” oyunu dekabrın 2-si saat 21:00-da “Bakcell Arena”da keçiriləcək.