Gənclər Liqasında böyükhesablı qələbə

17 noyabr 2022, 17:17

“Neftçi” Gənclər Liqasında növbəti qələbəsini qazanıb. “Ağ-qaralar” 12-ci turda "Turan Tovuz”a 5:2 hesabı ilə qalib gəlib. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan matçda Vüqar Əlizadə və Ömər Qurbanov dubla imza atıblar. Komandamızın digər qolunu Lətif Rzayev vurub.

Qeyd edək ki, “Neftçi” 11 oyundan 29 xalla 1-ci yeri tutur.