“Neftçi-2” böyükhesablı qələbə ilə zirvəyə yüksəldi

9 noyabr 2022, 17:32

“Neftçi-2” I Divizionda növbəti qələbəsini qazanıb. “Ağ-qaralar” 11-ci turda “Zirə-2”ni 3:0 hesabı ilə məğlub edib. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan matçda komandamızın qollarını Elşad Tağıyev (8-ci dəqiqə), Ramin Nəsirli (42-ci dəqiqə) və Vüsal Əsgərov (54-cü dəqiqə) vurublar.

Qeyd edək ki, “Neftçi-2” bu qələbədən sonra 10 oyundan 25 xalla turnir cədvəlində 1-ci pilləyə yüksəlib.