Gənclər Liqasında növbəti qələbə

6 noyabr 2022, 19:30

“Neftçi” Gənclər Liqasında növbəti qələbəsini qazanıb. “Ağ-qaralar” 8-ci turda “Səbail”i 2:1 hesabı ilə məğlub edib. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan matçda komandamızın qollarını Teymur Məmmədov və Ömər Qurbanov vurublar.

Qeyd edək ki, “Neftçi” 9 oyundan 25 xalla 1-ci yeri tutur.