“Neftçi”nin hücumçusu Suriya və Oman millilərinə qarşı

6 noyabr 2022, 11:30

“Neftçi” PFK-nın hücumçusu Yeqor Boqomolski Belarus milli komandasına dəvət olunub. 22 yaşlı futbolçu noyabrın 13-dən 21-nə kimi BƏƏ-də keçiriləcək təlim-məşq toplanışında iştirak edəcək. Belarus millisi toplanış çərçivəsində noyabrın 17-də Suriya, 20-də isə Oman yığma komandaları ilə qarşılaşacaq.

Qeyd edək ki, Boqomolski Belarus milli komandasının heyətində 4 oyun keçirib.