“Neftçi” Avropa nəhənglərinin olduğu turnirdə

3 noyabr 2022, 15:12

“Neftçi” PFK-nın U-11 komandası “Fənərbaxça” Futbol Akedamiyasının təşkilatçılığı ilə noyabrın 16-da İstanbul şəhərində keçiriləcək Can Bartu beynəlxalq turnirində iştirak edəcək. Baş məşqçi Mahmud Əhmədovun yetirmələri “B” qrupunda İtaliyanın “İnter” (Milan), Türkiyənin “Başakşehir” və “Altay” klubları ilə mübarizə aparacaq.

Qeyd edək ki, “Yuventus”, “Atletiko”, “Vilyarreal”, ÇSKA (Sofiya), “Fənərbaxça”, “Beşiktaş”, “Qalatasaray” kimi klubların da qatılacağı Can Bartu turnirində 5 ölkədən 16 komanda 4 qrupda yarışacaq.