“Neftçi” Ağasəlim Mircavadovu təbrik etdi

22 oktyabr 2022, 14:00

“Neftçi” PFK-nın prezidenti Kamran Quliyev veteran futbolçu, komandamızın sabiq baş məşqçisi, AFFA-nın Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadovu 75 illik yubileyi münasibətilə təbrik edib. Yubilyara ən xoş arzularını çatdıran klub rəhbəri ona xatirə hədiyyəsi təqdim edib.

Qeyd edək ki, 1967-1970-ci illərdə ağ-qara formanı geyinmiş Ağasəlim Mircavadov 1983-1985, 1987-ci illərdə “Neftçi”də məşqçi, 1987-1988, 1989, 2004-2006-cı illərdə isə baş məşqçi vəzifəsində çalışıb. Flaqman onun rəhbərliyi altında 2005-ci ildə Azərbaycan çempionatının, 2006-cı ildə ildə isə “Birlik kuboku”nun qalibi olub. Mircavadov 1988-ci ildə “Azərbaycanın əməkdar məşqçisi” fəxri adına, 2008-ci ildə “Şöhrət” ordeninə, 2018-ci ilin dekabrından isə Prezidentin fərdi təqaüdünə layiq görülüb.