“Neftçi” “Kəpəz”lə oyuna 2 itki ilə hazırlaşır
“Neftçi” Premyer Liqanın 10-cu turunda qarşılaşacağı “Kəpəz”lə matçın hazırlığını davam etdirir. “Turan Tovuz”la oyunun ertəsi günü bərpa məşqi edən “ağ-qaralar” bir günlük istirahətdən sonra – oktyabrın 11-də hazırlığa başlayıb. Bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan məşqdə zədəlilər – Sezar Meza Kolli və Eddi İsrafilov iştirak etməyiblər.
Qeyd edək ki, “Kəpəz” – “Neftçi” oyunu oktyabrın 16-sı saat 15:00-da Gəncə şəhər stadionunda keçiriləcək.