“Neftçi”nin 3 üzvü Gürcüstan yığmasına qarşı oynaya bilər
18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası sabah təlim-məşq toplanışına başlayacaq. Oktyabrın 16-dək Bakıda keçiriləcək toplanışdan sonra 17-dən 21-dək Gürcüstanın Rustavi şəhərində təşkil olunacaq hazırlıq prosesinə gedəcək yekun heyət müəyyənləşəcək. İlkin heyətə “Neftçi” PFK-nın 3 üzvü – Rüfət Abbasov, Aslan Şirinov və Lətif Rzayev dəvət olunublar. Toplanış çərçivəsində iki yoxlama oyunu keçirəcək millimiz oktyabrın 18-də və 21-də gürcüstanlı yaşıdları ilə qarşılaşacaq.
Tövsiyə olunur
-
3 futbolçumuz U-16 milli komandasında!
Akademiya 18 noyabr 2024, 17:32 -
2 futbolçumuz İslandiya, İrlandiya və Moldovaya qarşı
Akademiya 6 noyabr 2024, 13:15 -
“Neftçi” PFK-nın 3 üzvü Avropa çempionatının seçmə mərhələsində!
Akademiya 4 noyabr 2024, 17:22 -
6 futbolçumuz milli komandalarda!
Akademiya 23 oktyabr 2024, 20:37