“Neftçi-2” “Qarabağ-2”ni məğlub etdi

4 oktyabr 2022, 17:25

“Neftçi-2” I Divizionda ardıcıl dördüncü qələbəsini qazanıb. Komandamız 6-cı turda “Qarabağ-2”ni 1:0 hesabı ilə məğlub edib. Binə qəsəbə stadionunda baş tutan matçda qələbə qolunu Vüsal Əsgərov (27-ci dəqiqə) vurub.

Qeyd edək ki, “Neftçi-2” 5 oyundan 12 xalla 2-ci yeri tutur.