Peşə bayramınız mübarək, əziz NEFTÇİLƏR!

20 sentyabr 2022, 00:00

Bu gün “Əsrin müqaviləsi”nin imzalanmasının 27 ili tamam olur. “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” Dövlət Neft Şirkəti (SOCAR) ilə dünyanın tanınmış neft şirkətləri arasında müqavilə 1994-cü il sentyabrın 20-də Bakının “Gülüstan” sarayında imzalanıb. Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 16 avqust tarixli Sərəncamı ilə hər il 20 sentyabr Azərbaycanda neftçilərin peşə bayramı – “Neftçilər Günü” kimi qeyd olunur.

Bütün neftçiləri – “Neftçi” ailəsinin üzvlərini təbrik edir, çətin və məsuliyyətli işlərində uğurlar arzulayırıq! Peşə bayramınız mübarək, əziz NEFTÇİLƏR!