“Neftçi”dən ardıcıl 4-cü qələbə

16 sentyabr 2022, 23:06

“Neftçi” Premyer Liqada ardıcıl 4-cü qələbəsini qazanıb. Komandamız 7-ci turda “Səbail”i məğlub edib – 2:0. “ASCO Arena”da baş tutan matçda qolları Emin Mahmudov (53-cü dəqiqə) və Gilyerme Pato (83-cü dəqiqə) vurublar.

Qeyd edək ki, “Neftçi” 7 oyundan 18 xalla turnir cədvəlində 1-ci yeri tutur.