“Neftçi”dən ardıcıl üçüncü qələbə
“Neftçi” Gənclər Liqasında ardıcıl üçüncü qələbəsini qazanıb. Komandamız 3-cü turda “Şamaxı”nı 4:2 hesabı ilə məğlub edib. Binə stadionunda baş tutan matçda “ağ-qaralar”ın qollarına Hakan Həsənov, Teymur Məmmədov, Oruc Məmmədov və Aslan Şirinov imza atıblar.
Qeyd edək ki, “Neftçi” 3 oyundan 9 xal toplayıb.