“Neftçi-2”dən əzmkar qələbə

7 sentyabr 2022, 20:06

“Neftçi-2” I Divizionda növbəti oyununu keçirib. Komandamız 3-cü turda “Səbail-2”nin qonağı olub. “ASCO Arena”da baş tutan matçda meydan sahiblərinin üzvü Vidadi Cəfərovun 18-ci və 32-ci dəqiqələrdə vurduğu qollarla hesabda geri düşən “ağ-qaralar” fasiləyədək bunlardan birinin əvəzini çıxıb: Elton Əlibəyli 44-cü dəqiqədə fərqlənib. İkinci hissəyə fəal başlayan “Neftçi-2” nəinki hesabı bərabərləşdirib, hətta qələbə qolunu da vurmağı bacarıb. 50-ci dəqiqədə Həbib İsmayılov, 57-ci dəqiqədə isə Vüsal Əsgərov topu rəqib qapısından keçirib.

Qeyd edək ki, “Neftçi-2” 3 oyundan sonra 6 xalla 5-ci yeri tutur.