“Neftçi” qələbəni penaltilərlə əldən verib uduzdu
“Neftçi” Misli Premyer Liqasında növbəti oyununu keçirib. “Ağ-qaralar” 3-cü turda “Sabah”la qarşılaşıb. “Bank Respublika Arena”da baş tutan matçda meydan sahibləri qalib gəlib – 2:1. Hesabı 45+1-ci dəqiqədə Yusuf Lavalın vurduğu qolla flaqman açıb. “Sabah” isə üç penalti zərbəsindən ikisini qola çevirib. 37-ci dəqiqədə İvan Brkiç Kristian Sebalyosun penalti zərbəsini dəf etsə də, 78-ci dəqiqədə Aleksey İsayev, 90+1-ci dəqiqədə isə Emmanuel Apeh fürsəti boşa verməyib.
Qeyd edək ki, “Neftçi” 3 oyundan 6 xal toplayıb.