Sezar Meza Kolli vətənində əməliyyat olunacaq
Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışında olan “Neftçi” PFK-nın yarımmüdafiəçisi Sezar Meza Kolli məşq zamanı dizində yaranmış ağrılarla əlaqədar Maqnit Rezonans Tomoqrafiya müayinəsindən keçib. Məlum olub ki, paraqvaylı futbolçu əməliyyat olunmalıdır. Meza Kolli bu səbəbdən vətəninə yollanıb.