“Aris”lə oyunlarımızın başlanma saatı dəqiqləşdi

23 iyun 2022, 13:40

“Neftçi”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Kiprin “Aris” klubu ilə keçirəcəyi oyunların başlanma saatı müəyyənləşib. İyulun 21-i “AEK Arena”da baş tutacaq “Aris” – “Neftçi” matçı Bakı vaxtı ilə saat 21:30-da start götürəcək. İyulun 28-i “Bakcell Arena”da təşkil olunacaq cavab qarşılaşması isə saat 21:00-da başlanacaq.