“Neftçi” PFK-nın yeni baş məşqçisinin mətbuat konfransı keçirilib

22 iyun 2022, 15:50

Bu gün “Neftçi” PFK-nın yeni baş məşqçi Laurentsiu Regekampfın mətbuat konfransı keçirilib. “Bakcell Arena”nın konfrans zalında baş tutan tədbirdə 46 yaşlı rumıniyalı mütəxəssislə yanaşı, “Neftçi” PFK-nın prezidenti Kamran Quliyev, idman direktoru Zaur Əzizov və Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev iştirak ediblər.

Əvvəlcə “Neftçi” PFK-nın prezidenti Kamran Quliyev yeni baş məşqçini təqdim edib. Sonra Laurentsiu Regekampf klub rəhbərliyinə təşəkkür edərək, fikirlərini bölüşüb. Ardından baş məşqçi və klub rəhbərliyi jurnalistlərin suallarını cavablandırıblar.