U-19 və U-16 komandalarımıza gümüş medallar təqdim edildi

2 iyun 2022, 17:10

Mövsümü 2-ci yerdə başa vuran “Neftçi”nin U-19 və U-16 komandaları gümüş medallarla təltif olunublar. Bu gün AFFA-nın inzibati binasında təşkil olunmuş mükafatlandırma mərasimində hər iki komandamızın üzvlərinə medalları veteran futbolçular – Ağasəlim Mircavadov, Rüstəm Rəhimov və Şakir Qəribov təqdim ediblər. Gənclər Liqasının ən yaxşı bombardiri Ağadadaş Salyanski 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının düşərgəsində olduğu üçün mükafat U-19 komandamızın inzibatçısı Rüstəm Arzumanova təqdim olunub.