5 futbolçumuz Latviya yığmasına qarşı

17 may 2022, 12:55

16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı təşkil olunacaq. Mayın 18-dən 28-dək Qəbələdə baş tutacaq hazırlıq prosesinə “Neftçi” PFK-nın 5 üzvü – Murad Məmmədov, Amin Muradov, Ömər Nəsibov, Həsən Nəzərov və Eldar Babayev dəvət olunublar. Hazırlıq çərçivəsində iki yoxlama oyunu keçirəcək millimiz mayın 25-də və 27-də latviyalı yaşıdları ilə qarşılaşacaq.