“Neftçi” Zirədə məğlub oldu

15 may 2022, 19:22

“Neftçi” Premyer Liqada növbəti oyununu keçirib. Komandamız 27-ci turda “Zirə” ilə qarşılaşıb. Zirə İdman Kompleksinin stadionunda baş tutan matçın 81-ci dəqiqəsində Ramin Əhmədovun vurduğu qolla meydan sahibləri 1:0 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, artıq keçən tur 2-ci yeri tutduğu rəsmiləşən “Neftçi” 27 oyundan 50 xal toplayıb.