U-15 və U-17 4-cü yeri tutdu, qızlar finalın bir addımlığında

11 may 2022, 14:35

“Neftçi” Futbol Akademiyasında növbəti oyunlar keçirilib. U-17 komandamız son turda “Sabah”a məğlub olaraq (1:4), mövsümü 4-cü pillədə başa vurub. “Səbail”lə heç-heçə edən (2:2) U-15 komandamız da sonda 4-cü yeri tutub. Qızlar komandamız U-17 Qızlar Liqasının ilk yarımfinal matçında “Mingəçevir”ə 14:0 hesabı ilə qalib gəlib.