“Neftçi Esports” ilk qələbəsini qazandı

29 aprel 2022, 12:51

“Neftçi Esports” bu mövsüm E-Milli Liqadakı ikinci oyununda qələbə qazanıb. Komandamız “Zirə”ni 14:2 hesabı ilə məğlub edib. Murad Məmmədzadə rəqibinə 11:2 hesabı ilə qalib gəlib. Kənan Babazadənin rəqibi isə oyuna çıxmadığı üçün ona texniki qələbə verilib – 3:0.

İlk görüşdə “Nebula”ya 6:8 (2:2, 4:6) hesabı ilə uduzan “Neftçi Esports”un A qrupundakı sonuncu rəqibi “Ərkivan Masallı” olacaq.

Qeyd edək ki, 7 qrupdan ibarət olan turnirdə 28 komanda iştirak edir. Qrupda ilk iki yeri tutanlarla yanaşı, ən yaxşı 3-cü olan iki komanda əsas mərhələyə vəsiqə qazanacaq. Əsas mərhələdə turnir Olimpiya sistemi ilə davam edəcək.