“Neftçi-2” “Turan Tovuz”u böyük hesabla məğlub etdi

18 aprel 2022, 18:42

“Neftçi-2” I Divizionda növbəti oyununu keçirib. Əvəzedicilərimiz 22-ci turda “Turan Tovuz”u qəbul edib. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan matçda “ağ-qaralar” böyük hesabla qələbə qazanıb – 3:0. Qolları Xəqani Sadıxov (19-cu dəqiqə), Seymur Əliyev (55-ci dəqiqə) və Mirabdulla Abbasov (90+3-cü dəqiqə) vurub.

Qeyd edək ki, “Neftçi-2” hazırda 20 oyundan 33 xalla 3-cü yeri tutur.