“Sabah”la oyunun biletləri satışda

15 aprel 2022, 11:00

Premyer Liqanın 23-cü turu çərçivəsində aprelin 16-sı saat 20:30-da “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Sabah” matçının biletləri satışa çıxarılıb. Qiyməti 3A sektoruna 5 AZN, digər sektorlara isə 1 AZN təşkil edən biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.

Qeyd edək ki, kassalar bu gün saat 18:00-dək, oyun günü isə 11:00-dan 20:30-dək işləyəcək.