“Neftçi-2”dən qollu heç-heçə

13 aprel 2022, 17:47

“Neftçi-2” I Divizionda növbəti oyununu keçirib. Əvəzedicilərimiz 21-ci turda “Şamaxı-2” ilə heç-heçə edib – 2:2. “ASK Arena”dan baş tutan matçda rəqib 9-cu və 37-ci dəqiqələrdə hesabda önə keçsə də, “ağ-qaralar” hər iki halda bərabərlik qolunu vura bilib. 28-ci dəqiqədə Samir Qurbanov, 77-ci dəqiqədə isə Ağadadaş Salyanski fərqlənib.

Qeyd edək ki, “Neftçi-2” 19 oyundan 30 xalla 5-ci yeri tutur.