Qurban Qurbanov – 50

13 aprel 2022, 10:00

Bu gün “Neftçi”nin veteran futbolçusu Qurban Qurbanovun 50 yaşı tamam olur. 1972-ci ildə dünyaya gəlmiş hücumçu 1996-1998, 2001-2005-ci illər ərzində “Neftçi” formasında 107 oyun keçirib, 69 qol vurub. “Neftçi”nin heyətində Azərbaycan çempionatının (1997, 2004, 2005) və ölkə kubokunun (2004) qalibi adını qazanmış Qurbanov 1997-ci ildə Azərbaycan çempionatının ən yaxşı bombardiri olub. O, 1992-2005-ci illər ərzində Azərbaycan milli komandasının heyətində 65 oyunda 14 qol vurub. 2006/2007-ci illər mövsümündə “Neftçi”nin baş məşqçisi olmuş Qurban Qurbanov 2007-2008-ci illərdə klubun idman direktoru vəzifəsində çalışıb.

“Neftçi” ailəsi adından veteran futbolçumuzu təbrik edir, ona can sağlığı, uzun ömür arzulayırıq!