“Neftçi-2” məğlubiyyət seriyasına Sumqayıtda son qoydu

15 mart 2022, 17:07

“Neftçi-2” I Divizionda 3 oyunluq məğlubiyyət seriyasına son qoyub. Əvəzedicilərimiz 18-ci turda səfərdə “Sumqayıt-2”ni 3:2 hesabı ilə məğlub edib. “Kapital Bank Arena”da baş tutan matçda “ağ-qaralar”ın qollarını Ağadadaş Salyanski (30-cu dəqiqə), Samir Qurbanov (32-ci dəqiqə) və Emin Zamanov (88-ci dəqiqə) vurublar. Rəqibin heyətində isə İbrahim Əliyev (13-cü dəqiqə) və Ayxan Süleymanlı (73-cü dəqiqə) fərqləniblər.

Qeyd edək ki, “Neftçi-2” hazırda 17 oyundan 26 xalla 6-cı yeri tutur.