“Neftçi-2” ikinci dövrəyə əzmkar qələbə ilə başladı

15 fevral 2022, 17:24

“Neftçi-2” I Divizionun ikinci dövrəsində ilk oyununu keçirib. Əvəzedicilərimiz 14-cü turda “Sabah-2”nin qonağı olub. Binə qəsəbə stadionunda baş tutan matçda komandamız hesabda iki dəfə geri düşməsinə baxmayaraq 4:3 hesabı ilə qalib gəlib. “Neftçi-2”nin qollarını Samir Qurbanov (37-ci və 65-ci dəqiqələr), Xəqani Sadıxov (82-ci dəqiqə) və Mirabdulla Abbasov (90+4-cü dəqiqə) vurublar. Rəqibin heyətində isə Fərid Kərimzadə (22-ci və 73-cü dəqiqələr) və Kamran Quliyev (31-ci dəqiqə - pen.) fərqlənib.

Qeyd edək ki, “Neftçi-2” hazırda 13 oyundan 23 xalla 2-ci yeri tutur.