Təşəkkürlər, Kane!

26 yanvar 2022, 10:00

“Neftçi” PFK icarə əsasında komandamızın heyətində forma geyinən Mamadu Kane ilə vidalaşır. 2018-ci ilin dekabrında – 21 yaşında Qvineyadan “Neftçi”nin heyətinə qatılmış Kane burada inkişaf yolu keçərək 2021-ci ilin sentyabrında Yunanıstanın “Olimpiakos” klubuna satılıb. Daha sonra icarə əsasında “Neftçi”də çıxışını davam etdirən 25 yaşlı futbolçu artıq yeni klubuna qoşulacaq. Bu müddət ərzində flaqmana göstərdiyi xidmətlərə görə qvineyalı yarımmüdafiəçiyə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq! Yolun açıq olsun, Kane!

Qeyd edək ki, Mamadu Kane 61-i çempionat, 4-ü kubok, 15-i avrokubok olmaqla 80 rəsmi matçda (1 qol) ağ-qara formanı geyinib və 2020/2021 mövsümündə Azərbaycan çempionu olub. Kane Qvineya milli komandasının heyətində 13 oyuna çıxıb, 1 qol vurub.