“Neftçi-2” təlim-məşq toplanışına başladı

12 yanvar 2022, 18:30

“Neftçi-2” bu gün qış təlim-məşq toplanışına start verib. I Divizionun son çempionu klubun inzibati binasının yerləşdiyi bazada məşqə çıxıb. Hazırlıq prosesində əsasən fiziki təmrinlər yerinə yetirilib.

Qeyd edək ki, yanvarın 22-dək davam edəcək toplanış çərçivəsində bir neçə yoxlama oyunu nəzərdə tutulub.