“Neftçi-2” “Xan Lənkəran”la yoldaşlıq oyunu keçirib

26 dekabr 2021, 16:40

“Neftçi-2” yoldaşlıq oyunu keçirib. Əvəzedicilərimiz Region Liqasında mübarizə aparan “Xan Lənkəran” klubu ilə qarşılaşıb. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan matçda qonaq komanda qalib gəlib. Yeganə qolu 20-ci dəqiqədə Elməddin Hüseynzadə vurub.

Qeyd edək ki, ötən il I Divizionun çempionu olan “Neftçi-2” ilk dövrəni 12 oyundan 20 xalla 5-ci yerdə başa vurub.