“Neftçi” Gənclər Liqasında zirvəyə yüksəldi

16 dekabr 2021, 16:20

“Neftçi” Gənclər Liqasında növbəti oyununu keçirib. Komandamız 12-ci turda əsas rəqiblərindən biri – “Sabah”ı qəbul edib. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan matçda “ağ-qaralar” 2:0 hesabı ilə qalbi gəlib. Qollara Aşqin Abazərov və Murad Məmmədov imza atıblar.

Qeyd edək ki, “Neftçi” bu qələbədən sonra 10 oyundan 23 xalla turnir cədvəlinin zirvəsinə yüksəlib.