“Neftçi-2”dən qollu heç-heçə

7 dekabr 2021, 16:10

“Neftçi-2” I Divizionda növbəti oyununu keçirib. Əvəzedicilərimiz 11-ci turda “Zirə-2”nin qonağı olub. “ASK Arena”da baş tutan matçda heç-heçə qeydə alınıb – 2:2. Hesabı 5-ci dəqiqədə komandamızın üzvü Ramin Nəsirli açsa da, “Zirə-2” Samir Qurbanov (23-cü dəqiqə) və Tamerlan Burcəliyev (68-ci dəqiqə) qolları ilə irəli keçib. 82-ci dəqiqədə isə Famil Camalov bərabərlik qolunu vurub.

Qeyd edək ki, “Neftçi-2” 10 oyundan 14 xalla 8-ci yeri tutur.