Şəhid övladı “Neftçi”nin qonağı oldu
Azərbaycan Silahlı Qüvvələrinin mayoru, şəhid Ramid Hacıyevin oğlu Əli bu gün “Neftçi” PFK-nın qonağı olub. “Neftçi” azarkeşi olan Əli komandanın “Türk Hava Yolları Futbol Mərkəzi”ndə keçirilən məşqini izləyib. Sonra komanda üzvləri ilə söhbətləşən şəhid övladı meydançaya çıxaraq futbolçularla top qovub. Əliyə sevimli futbolçusu Emin Mahmudov öz formasını hədiyyə edib. Ona üzərində komanda üzvlərinin imzası olan top, həmçinin forma və şərf də hədiyyə olunub. Sonda xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, Ramid Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, oktyabrın 16-da Suqovuşan döyüşləri zamanı şəhid olub və II Fəxri Xiyabanda dəfn olunub. Ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Tövsiyə olunur
-
Qadınlardan ibarət komandamız üçün seminar keçirilib
Klub 15 noyabr 2024, 12:46 -
Zəfər Günümüz mübarək!
Klub 8 noyabr 2024, 00:00 -
“Esports Events Azerbaijan” və “Neftçi” PFK əməkdaşlığını elan edirik!
Klub 30 oktyabr 2024, 16:08 -
“D’S damat” “Neftçi” PFK-nın rəsmi moda sponsoru oldu!
Klub 23 oktyabr 2024, 16:25