7 futbolçumuz U-18 milli komandasında

2 dekabr 2021, 11:30

18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq. Dekabrın 4-dən 6-dək Bakıda, 6-dan 10-dək isə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək hazırlıq prosesinə “Neftçi” PFK-nın 7 üzvü – Fariz Xeyrullayev, Hüseyn Məmmədzadə, Elcan Əbilov, Bahadur Quliyev, Rüfət Abbasov, Rəvan Kazımlı və Ağadadaş Salyanski dəvət olunublar. Millimiz hazırlıq çərçivəsində dekabrın 7 və 9-da BƏƏ-nin U-18 komandası ilə yoldaşlıq oyunu keçirəcək.

Qeyd ki, hazırlığa 25 futbolçu dəvət olunsa da, 22 nəfərlik yekun heyət Bakı toplanışından sonra müəyyənləşəcək.