“Neftçi-2”dən növbəti qələbə

1 dekabr 2021, 17:10

“Neftçi-2” I Divizionda növbəti qələbəsini qazanıb. Komandamız 10-cu turda “Səbail-2”ni 2:1 hesabı ilə məğlub edib. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan görüşdə əvəzedicilərimizin qollarını Famil Camalov (23-cü dəqiqə) və Emin Zamanov (46-cı dəqiqə) vurublar. Rəqibin heyətində isə Nikolas Raysel (60-cı dəqiqə) fərqlənib. Komandamızın üzvü Fərid Yusifli 72-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Qeyd edək ki, “Neftçi-2” 9 oyundan 13 xalla 8-ci yeri tutur.