U-16 komandamızdan ardıcıl 4-cü qələbə

23 noyabr 2021, 16:55

“Neftçi” U-16 Liqasında ardıcıl 4-cü qələbəsini qazanıb. Komandamız 9-cu turda “Zirə”ni 4:1 hesabı ilə məğlub edib. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan matçda Enar Ağalarov het-trikə imza atıb. “Ağ-qaralar”ın digər qolunu Murad Məmmədov vurub.

Qeyd edək ki, U-16 komandamız 8 oyundan 16 xal toplayıb.