“Neftçi”nin 4 üzvü BƏƏ-yə gedə bilər

22 noyabr 2021, 12:52

16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq. Noyabrın 25-dən 27-dək Bakıda, 28-dən dekabrın 3-dək isə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək hazırlıq prosesinə “Neftçi” PFK-nın 4 üzvü – Murad Məmmədov, Rəhman Tahirli, Səbuhi İmaməliyev və Ceyhun Bağırov dəvət olunublar. Millimiz hazırlıq çərçivəsində noyabrın 30-da və dekabrın 2-də BƏƏ-nin U-16 komandası ilə yoldaşlıq oyunu keçirəcək.

Qeyd ki, hazırlığa 24 futbolçu dəvət olunsa da, 22 nəfərlik yekun heyət Bakı toplanışından sonra müəyyənləşəcək.