5 futbolçumuz Qəbələ toplanışında

21 noyabr 2021, 17:00

15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası noyabrın 22-dən 28-dək Qəbələ şəhərində təlim-məşq toplanışı keçirəcək. Toplanışa “Neftçi” PFK-nın 5 üzvü – Murad Məmmədov, Amin Muradov, Əli Aslanzadə, Fərid Əhmədov və Elvin Qurbanov, dəvət olunub.

Qeyd edək ki, hazırlıq çərçivəsində noyabrın 24-də “Qəbələ”nin U-16 komandası ilə yoxlama oyunu keçirəcək millinin futbolçu və məşqçi heyəti toplanışdan bir gün öncə COVID-19 testindən keçəcək.