UEFA və “RESULT Sports”un rəsmiləri “Neftçi”nin qonağı olublar
Bakı Olimpiya Stadionunda AFFA-nın “Klub dəstək proqramı” çərçivəsində “Sosial media və rəqəmsal marketinq” mövzusunda keçirilmiş seminarda iştirak etmək üçün Bakıda olan UEFA rəsmisi Aleksandr Kuçeriavyi və “RESULT Sports” rəqəmsal agentliyinin nümayəndəsi Mario Leo, həmçinin AFFA rəsmisi Tural Piriyev “Bakcell Arena”da “Neftçi”nin qonağı olub.
“Neftçi” PFK-nın prezidenti Kamran Quliyev, Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev qonaqları stadionla, “Neftçi TV”nin studiyası, muzey və fanşopla tanış edib, onlarla fikir mübadisəli aparıblar. Tərəflər arasında gələcəkdə beynəlxalq təcrübənin klubla bölüşülməsi, layihə və digər məsələlər müzakirə olunub.
Tövsiyə olunur
-
Qadınlardan ibarət komandamız üçün seminar keçirilib
Klub 15 noyabr 2024, 12:46 -
Zəfər Günümüz mübarək!
Klub 8 noyabr 2024, 00:00 -
“Esports Events Azerbaijan” və “Neftçi” PFK əməkdaşlığını elan edirik!
Klub 30 oktyabr 2024, 16:08 -
“D’S damat” “Neftçi” PFK-nın rəsmi moda sponsoru oldu!
Klub 23 oktyabr 2024, 16:25