“Neftçi”nin 5 üzvü Qəbələyə gedəcək

29 oktyabr 2021, 11:00

Avropa çempionatının seçmə mərhələsində mübarizə aparacaq 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası noyabrın 1-dən 7-dək Qəbələdə təlim-məşq toplanışı keçirəcək. Toplanışa “Neftçi” PFK-nın 5 üzvü – Rza Cəfərov, Ağadadaş Salyanski, Hüseyn Babayev, Cavanşir Şahbazlı və David Orucov dəvət olunub.