Qızlardan ibarət komandamız yeni mövsümə hazırlaşır
“Neftçi”nin 16 yaşadək qızlardan ibarət komandası yeni mövsümə hazırlığını davam etdirir. Məşqlərə təxminən 1 ay əvvəl start verən baş məşqçi İbrahim Məmmədovun yetirmələri həftədə 3 dəfə “Neftçi”nin inzibati binasının yerləşdiyi bazada hazırlaşıb, 1 dəfə isə yoxlama matçı keçiriblər.
Qızlardan ibarət komandamız bu gün həmin məkanda növbəti məşqə çıxıb. Baxışda yeni futbolçuların da olduğu hazırlıq prosesində əsasən texniki və taktiki çalışmalar yerinə yetirilib.
Qeyd edək ki, U-16 Qızlar Liqasında yeni mövsümün bu ay ərzində başlanacağı planlaşdırılır.
Tövsiyə olunur
-
3 futbolçumuz U-17 milli komandasında!
Akademiya 15 aprel 2024, 16:45 -
“Neftçi”nin 6 üzvü Latviyaya yollanacaq
Akademiya 13 mart 2024, 16:23 -
U-11 və U-12 komandalarımız “Aspire”də təcrübə keçəcəklər
Akademiya 29 fevral 2024, 17:47 -
“Neftçi” Futbol Akademiyasında seleksiya məşqləri olacaq
Akademiya 4 yanvar 2024, 14:00