“Neftçi” “Qəbələ” ilə yoxlama oyunu keçirib

9 oktyabr 2021, 18:07

“Neftçi” yoxlama matçı keçirib. Komandamız “Türk Hava Yolları Futbol Mərkəzi”ndə “Qəbələ” ilə qarşılaşıb. “Neftçi TV” vasitəsilə ilə canlı yayımlanan oyunda heç-heçə qeyd alınıb – 1:1. “Ağ-qaralar”ın qolunu Tiaqo Bezerra (45+2-ci dəqiqə) vurub. Rəqibin heyətində isə İsnik Alimi (74-cü dəqiqə) fərqlənib.

Qeyd edək ki, “Neftçi” Premyer Liqanın 7-ci turu çərçivəsində “Sumqayıt”la qarşılaşacaq. Oyun oktyabrın 17-də “Kapital Bank Arena”da keçiriləcək.