“Neftçi” PFK ilə AVIS arasında əməkdaşlıq davam edəcək

1 oktyabr 2021, 16:00

“Neftçi” Peşəkar Futbol Klubu ilə beynəlxalq avtomobil kirayəsi şirkəti “AVIS”in ölkəmizdəki təmsilçisi “Otokoç Azərbaycan” MMC arasında tərəfdaşlıq müqaviləsi davam etdiriləcək. Bir müddətdir komandamıza dəstək verən şirkət bundan sonra da “Neftçi”nin yanında olacaq.

Razılaşmaya əsasən, tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi nəzərdə tutulub. Bundan əlavə, geridə qalan dönəmdə olduğu kimi, qarşı tərəf mülkiyyətində olan avtomobillərlə klubun nəqliyyat ehtiyaclarının qarşılanmasına dəstək verəcək. “Neftçi” PFK isə bunun qarşılığında şirkətin “AVIS” markasının əmtəə nişanlarının klubun əsas komandasının oyun geyimlərində, ev oyunları və məşqlər zamanı, sosial media səhifələrində, “Neftçi TV”də reklam edilməsini təmin etmək və digər marketinq xidmətləri göstərməklə yanaşı, bu əməkdaşlığın daha çox kommunikasiya edilməsini təşkil edəcək.

Qeyd edək ki, “AVIS" 1974-cü ildə Türkiyədə ilk dəfə fəaliyyətə başlayıb. Bu gün Otokoç Avtomobil 9 müxtəlif ölkədə təmsil olunur. “AVIS” 15 aprel 1997-ci ildə Azərbaycan bazarına daxil olub. Gəlişi ilə öz təcrübəsini, müştəri məmnuniyyəti təcrübəsini, korporativ idarəetmə prinsiplərini regiona gətirib. “AVIS Azərbaycan” bu gün, uzun və qısa müddətli icarələrdə bazarın lideri olaraq, 1200 ədəd nəqliyyat vasitəsilə Bakıda və regionda fəaliyyət göstərir. “AVIS Azərbaycan” 24 illik təcrübəsi ilə istehsalçı tərəfindən zəmanət verilən, sığortalı zəmanətli sığorta, səlahiyyətli xidmətlərdə pulsuz texniki xidmət, istismar zamanı nəqliyyat vasitələrinin pulsuz daşınması və yeni markalı nəqliyyat vasitələri, həmçinin təhlükəsizlik və məmnunluq təklif edir.