“Neftçi”nin 4 futbolçusu U-21 milli komandasında

1 oktyabr 2021, 15:00

“Neftçi” PFK-nın 4 futbolçusu – İsmayıl Zülfüqarlı, Vüsal Əsgərov, Asim Əlizadə və Nihad Qurbanlı 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasına dəvət olunub. Millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də Finlandiya, 12-də isə Xorvatiya yığması ilə qarşılaşacaq.

Qeyd edək ki, hər iki oyun “Kapital Bank Arena”da keçiriləcək və saat 20:30-da başlanacaq.