Futbolçularımız Belarus yığmasına qarşı

20 sentyabr 2021, 13:17

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının sentyabrın 20-dən 28-dək Bakıda təlim-məşq toplanışı olacaq. Millimiz hazırlıq çərçivəsində sentyabrın 24-də və 27-də belaruslu yaşıdları ilə yoldaşlıq oyunu keçirəcək. Toplanış və sınaq matçlarına “Neftçi” PFK-nın 2 üzvü – Rüfət Abbasov və Murad Məmmədov dəvət olunub.