“Neftçi” – “Keşlə” matçını Elçin Məsiyev idarə edəcək
Premyer Liqada 4-cü turun təyinatları açıqlanıb. “Neftçi” – “Keşlə” oyununun baş hakimi Elçin Məsiyev olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Hakim-inspektor Munis Abdullayev, AFFA nümayəndəsi isə Erkin Hüseynov olacaq.
Qeyd edək ki, “Neftçi” – “Keşlə” oyunu sentyabrın 19-u saat 18:30-da “Bakcell Arena”da keçiriləcək.