“Neftçi” – “Keşlə” matçı saat 18:30-da başlanacaq

13 sentyabr 2021, 16:15

Premyer Liqada 4-cü turun oyun cədvəli açıqlanıb. “Neftçi” – “Keşlə” matçı sentyabrın 19-da keçiriləcək. “Bakcell Arena”da baş tutacaq görüş saat 18:30-da start götürəcək.

Qeyd edək ki, “Neftçi” 3 turdan sonra 4 xalla 5-ci yeri tutur.