“Neftçi” “Qarabağ”la qarşılaşıb

12 sentyabr 2021, 23:04

“Neftçi” Premyer Liqada növbəti oyununu keçirib. Komandamız 3-cü turda “Qarabağ”a 1:2 hesabı ilə məğlub olub. “Bakcell Arena”da baş tutan matçda “ağ-qaralar”dan Emin Mahmudov (47-ci dəqiqə), rəqibdən isə Vadji İbrahima (21 və 45-ci dəqiqələr) fərqlənib.

Qeyd edək ki, “Neftçi” 3 turdan sonra 4 xalla 5-ci yeri tutur.